Gürcüstan idmançıları Bakıda keçirilən çempionatdan vətənə qələbə ilə qayıdıblar (FOTO)
Azərbaycanın paytaxtı Bakı şəhərində təşkil
olunmuş alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatına
yekun vurulub.
Yarış 22-24 noyabr tarixlərində “Sərhədçi”
İdman Olimpiya Mərkəzində keçirilib.
Çempionata Gürcüstanın “Muaytay”, “Savate” və “Sayokan”
federasiyalarını təmsil edən 17 idmançı qatılıb. Bu haqda məlumatı
“Marneuli” radiosu ilə söhbəti zamanı “Sayokan” federasiyasının
prezidenti Faiq Məmmədov verdi.
Onun sözlərinə görə, yarışda iştirak edən idmançılardan 10-u vətənə
medalla qayıdıb və medalçılardan biri isə Marneulili
idmançıdır.
"Keçirilən çempionatda üç idmançı birinci, dörd idmançı
ikinci və üç idmançı isə üçüncü yerə layiq görüldülər. Marneulidən
olan idmançı, 47 kq çəki dərəcəsində yarışan Eldar Qədimov İran və
Ukrayna idmançılarını məğlub etdi, yarım finalda isə Azərbaycanlı
idmançıya məğlub olaraq üçüncü yerə çıxdı", – Faiq
Məmmədov dedi.
Bakıda keçirilən yarışda 24 ölkədən 500-dən çox idmançı alpaqut
döyüş sənətinin beş növü - aypara, batur, caymaz, qurşaq və kaçut
üzrə mübarizə aparıb. Üç gün davam edən dünya çempionatının yekun
nəticələrinə görə, Azərbaycan komandası ümumi hesabda birinci yeri
tutub. Türkiyə komandası ikinci, İran alpaqutçuları isə üçüncü yerə
layiq görülüblər.
Qeyd edək ki, alpaqut üzrə üçüncü dünya çempionatı 2020-ci ildə
Türkiyədə keçiriləcək.
Xatırladaq ki, 2018-ci ildə Bakıda keçirilmiş alpaqut Turan döyüş
sənəti üzrə birinci dünya çempionatında Azərbaycan idmançıları
komanda hesabında birinci, Türkiyə komandası ikinci, Gürcüstan və
Qazaxıstan yığmaları isə üçüncü yeri tutmuşdular.
Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166