Xərçəng xəstəliyindən əziyyət çəkən 12 yaşlı Eltacın sizin köməyinizə ehtiyacı var
Qardabani sakini 12 yaşlı Eltac Hüseynov üç
ildir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. O, dəfələrlə
Gürcüstanda müalicə alıb.
Lakin onun müalicəsi nəticəsiz qalıb. Eltac
hal-hazırda Türkiyədə müalicə olunur. Ona kimya terapiya müalicəsi
tətbiq olunur. Eltacın Türkiyədə müalicəsinin davam etdirilməsi
üçün 15 000 dollara ehtiyacı var. Lakin ailənin
maddi bu məbləği qarşılamaq, müalicəni davam etdirmək üçün maddi
imkanı yoxdur. Fransada dövlət müalicə xərclərini qarşıladığına
görə, Eltacın valideynləri müalicəni daha sonra Fransada davam
etdirməyi düşünürlər. Amma Eltacın Türkiyədən Fransaya aparılması
üçün əlavə 5 000 avro lazımdır.
Eltaca dəstək məqsədi ilə ötən həftə Qardabanidə qanvermə aksiyası
keçirilib. Yaxınlarının sözlərinə görə, hal-hazırda lazım olan
məbləğdən təxminən 7 000 lari toplanılıb.
Ümumilikdə isə Eltacın müalicəsi üçün 15 000
dollar və 5 000 avroya ehtiyac var.
Eltacın müalicə xərclərinin qarşılanması üçün 7 dekabr tarixində
Aktiv Gənclər Birliyinin təşkilatçılığı ilə Qardabani rayonunda
növbəti dəfə qanvermə aksiyası keçiriləcək. Aksiya Qaracalar
kəndinin ictimai məktəbində baş tutacaq. Qanvermə aksiyası isə
səhər saat 10:00-dan axşam 18:00-a kimi davam edəcək.
Həmçinin Eltaca maddi yardım etmək də mümkündür. Bunun üçün
"Gürcüstan Bankı"ndan və ödəmə
terminallarından GE11BG0000000822434900
hesab nömrəsinə istədiyiniz məbləği köçürə bilərsiniz. Hesab
nömrəsi Eltacın anası Kərimova Kəmaləyə məxsusdur.
Əlavə məlumat almaq üçün +995 555 00 08
32 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Eltacın sizin köməyinizə ehtiyacı var.