Qardabanili müəllim Həmid Sadıqova “Tolerantlıq tərəfdarı” mükafatı verilib
Gürcüstanın Xalq Müdafiəçisi Aparatı nəzdində fəaliyyət göstərən Milli Azlıqlar Şurası 9 dekabrda Qardabanili müəllim Həmid Sadıqova “Tolerantlıq tərəfdarı” mükafatı təqdim edib.

Həmid Sadıqov 19 yaşlı şagirdinin evlilik məqsədi ilə qaçırılmasına etiraz edib və buna görə o, ictimaiyyət tərəfindən bulinq və təhqirlərə məruz qalıb.

DİN müəllimə qarşı zorakılıq faktı ilə bağlı cinayət məcəlləsinin 150-ci maddəsi ilə istintaq aparır. 19 yaşlı qızın qanunsuz şəkildə azadlıqdan məhrum edilməsi ilə bağlı isə iki nəfər həbs olunub.

Print Email
FaceBook Twitter Google