2019-cu ildə yaxşı nə baş verib?



Ola bilsin ki, 2019-cu il kimlər üçün isə hər şeyin qaranlıq və bədbin olması kimi görünüb - və həqiqətən də bu, bir çox insan üçün belə görünə bilər.


Lakin heç də hər şey pis olmayıb.

Unutmayın ki, biz genetik olaraq elə proqramlanmışıq ki, mənfi təcrübələri daha güclü və daha ətraflı xatırlayırıq.

Müharibələr, terror hücumları, seçki fırıldaqları, qəzalar, iqlim böhranı, daşqınlar, siklonlar və vulkan partlayışları ilə əlaqəli sonsuz xəbərlər arasında nəsə daha pozitiv bir xəbər tapmağa çalışırsınızsa... bəzi "yaxşı xəbərləri" tapacağınıza zəmanət verə bilərik.

Hələ də inanmırsınız? Fikrinizi dəyişdirmək üçün burada bir araya gətirdiyimiz 2019-cu ildə baş verən bəzi pozitiv hadisələrə nəzər salın.Nəsli kəsilmiş sayılan nəhəng tısbağa aşkar edilib

Nəsli kəsilmiş sayılan nəhəng tısbağa aşkar edilib




100 il əvvəl nəsli kəsildiyi güman edilən nəhəng bir tısbağa - Qalapaqos adalarında, Ekvador sahillərindən 1000 km məsafədə Sakit Okeanda aşkar edilib.

Elmi terminologiyada "Chelonoidis phantasticus" adlanan bu növ tısbağaların nümayəndəsi sonuncu dəfə 1906-cı ildə gözə dəymişdi... və indi, bu ilin əvvəlində, dişi nəhəng bir tısbağa Fernandina adasının ən ucqar guşələrindən birində gözə dəyib.

Həmin tısbağanın ən azı, 100 yaşında olduğu düşünülür və ola bilsin ki, növünün yeganə sağ qalan nümayəndəsi deyil: əlavə iz və nəcislərin tapılması qoruqçulara yaxınlıqda tısbağanın qohumlarının da ola bildiyini zənn etməyə əsas verib.

Dəniz tısbağaları üçün də yaxşı bir xəbər var - 1973-cü ildə onların mühafizə altına alınması proqramı elan edildikdən bu növ tısbağaların sayı 980% artıb.

Balina geri qayıdır



Donqar balina populyasiyası 93% artaraq 1980-ci illərdə yox olma həddindən 2019-cu ildə sayı 25000-i keçib.

Əsrlər boyu sənaye miqyasında balina ovu cənub-qərb Atlantik bölgəsində onların sayını azaldıb, lakin indi bu tendensiya, ola bilsin ki, artıq dayanıb.

Diabet 1-in müalicəsində böyük irəliləyiş



ABŞ alimləri insanın gövdə hüceyrələrini insulin istehsal edən hüceyrələrə çevirə biliblər.

Bu kəşf 1-ci tip diabetdən əziyyət çəkənlər üçün bir müalicə tapılacağına yeni ümidləri artırıb.

"Bu, diabetli xəstələrə köçürülə biləcək hüceyrələr yaratmaq hədəfimizə doğru vacib bir addımdır", - UCSF Diabet Mərkəzinin direktoru Matthias Hebrok deyib.

Alzheimer xəstəliyi




Bu sahədə nikbinlik üçün bir deyil, üç səbəb var.

Bir tərəfdən, alimlər "Adukanumab" adlı dərmandan istifadə edərək xəstəliyi yavaşlaya biləcəklərinə ümid edirlər.

Digər tərəfdən, Berkeley-dəki tədqiqatçılar da beyində iltihabı aradan qaldıran və idrakın zəifləməsini yavaşladan və ya hətta bu prosesi geri çevirə bilən dərmanlar tapa biliblər.

Almaniyada, elm adamları, alzheimerin erkən təzahürlərini klinik əlamətləri görməmişdən çox əvvəl araşdırmaq üçün vasitələrin olduğunu açıqladılar.

İnsanın İmmunçatışmazlığı Virusu (İİV)



Lancet tibb jurnalında dərc edilən bir araşdırmaya görə, müalicə yoluyla İİV virusunun cinsi yolla ötürülməsinin qarşısı alına bilər.

Tədqiqat, bir partnoyrun İİV testi pozitiv olan 1000-dək homoseksual kişi çütlükəri səkkiz il ərzində müşahidə ediblər: həmin homoseksual cütlüklər bu müddət ərzində antiretrovirus preparatları qəbul edib və cinsi əlaqədə prezervativlərdən istifadə etməyiblər.

Tədqiqatın nəticələrinə əsasən, həmin cütlüklər arasında yoluxma halları aşkarlanmayıb.


Əlcəzair və Argentinada malyariya aradan qaldırılıb




Ümumdünya Səhiyyə Təşkilatı (WHO), Əlcəzair və Argentinada malyariyanın aradan qaldırıldığını bildirir.

WHO-nun məlumatına görə, hazırda dünyanın 38 ölkə və ərazisində ağcaqanadların gətirdiyi xəstəlik aradan qaldırılıb.


Qırmızı dənizin mərcan riflərini qorumaq üçün İsrail və qonşu ərəb ölkələri arasında əməkdaşlıq



Qırmızı dənizin mərcan rifləri populyasiyası okean turşuluğundan, dəniz suyunun istiləşməsindən və turizmlə əlaqəli aktivliyin fəsadları nəticəsində getdikcə artan təzyiq altındadır.

Qırmızı dənizin cənub hissəsindəki bəzi riflər bu təsirə məruz qalaraq artıq ağarıb, şimal sektordakı qayalar isə əsasən sağlamdır.

Bu unikal mühitin qorunması bölgə miqyaslı əməkdaşlığı tələb edir və Qırmızı Dəniz Transmilli Tədqiqat Mərkəzinin yaradılması məqsədiylə İsrail, İordaniya, Misir, Səudiyyə Ərəbistanı, Yəmən, Eritreya, Cibuti və Sudan arasında əməkdaşlığın qurulmasına səbəb olub.

Bu iş Lozannadakı İsveçrə Federal Texnologiya İnstitutu tərəfindən istiqamətləndiriləcək.

Məqsəd bəzi hallarda riflərin zərərli təsirlərə necə davam gətirməsini araşdırıb öyrənmək və əldə edilən bilikləri dünyada mərcan populyasiyalarının qorunması işində tətbiq etməkdir.

Planetimiz getdikcə yaşıllaşır




Nasa agentliyinə görə, Yer artıq 20 il əvvəlkinə nisbətən 5% daha yaşıldır - bu, əsasən dünyada intensiv əkinçilik və Afrika, Hindistan və Çin boyunca həyata keçirilən geniş ağacəkmə proqramları ilə əlaqədardır.

ABŞ kosmik agentliyi, planetin yarpaq örtüyünün iki milyon kvadrat mil artdığını bildirib - bu sahə Amazon meşələriylə müqayisə edilə bilən ərazi qədərdir.

Lakin yaşıllıq sahəsinin artımı Braziliya və İndoneziya kimi tropik bölgələrdə təbii bitki örtüyünün və ya biomüxtəlifliyin itkilərini kompensasiya etmir.


Və ... Keanu Reeves daha qəmgin deyil!




Amerikalı aktyor Keanu Reeves bir ara aktyorluq filmlərindən daha çox şəxsi faciəsi və tənha həyat sürməsiylə ilə daha çox tanınırdı.

Sosial media paylaşımlarında hətta "Qəmgin Keanu" "mem"lərindan da istifadə edilib. Onun pərəstişkarları hətta 15 iyun gününü "Keanu-ya ürək-dirək verilməsi günü" elan ediblər.

Ancaq 2019-cu il bütün bu qəmginlik barədə söhbətlərə son qoydu.

Keanu bəyan edib ki, "artıq qəmgin deyil".

Sənətçi sevgilisi rəssam Alexandra Grant ilə ilk dəfə olaraq ictimaiyyət qarşısına çıxaraq, nəhayət özünü "son dərəcə xoşbəxt" hiss etdiyini və sevgi dolu bir münasibətdə olduğunu bildirib.
Print Email
FaceBook Twitter Google