Ağızda Ovulan Və Ləzzətli Penovani Xaçapuri -resept
Penovani - qat-qat xəmirdən hazırlanan xaçapuridir.
Onu isti yemək kimi, bişəndən dərhal sonra süfrəyə verirlər.
Tərkibi:
550 q un
400 ml 3,2%-li süd
60 q kərə yağı
2 yumurta
300 q suluquni
300 q imeretiya pendiri
10 q şəkər tozu
5 q quru maya
10 q iri duz
Hazırlanması:
Mayanı bir qədər isti süddə əridin, şəkər tozu, 1 yumurta, azca un
(xama qatılığınadək) əlavə edib qarışdırın, yarım saat isti yerdə
saxlayın. Barata qalxanadək unun yerdə qalanını ələyin, iri duz və
20 q kərə yağı ilə qarışdırın.
Barata qalxan kimi onu yağla qarışdırılmış una əlavə edin, südün
qalanını da töküb çox bərk olmayan xəmir yoğurun. Qida plyonkasına
büküb soyuducuya qoyun. 1,5 saatdan sonra, xəmir artandan sonra,
çıxarıb 70 q-lıq kündələrə ayırın.
Çörək taxtasının üstünə un səpib kündələri kvadrat formasında
yayın. Yaydığınızı ikiqat qatlayıb yenə nazik yayın. Bu proseduru
üç dəfə təkrarlayın. Əgər lavaş yapışırsa, azca un səpin.
Pendiri iri hissələrə doğrayıb sürtgəcdən keçirin. 20 q kərə yağı,
1 yumurta əlavə edib yaxşıca qarışdırın (qarışıq çox hamar,
eynicinsli olmamalıdır). Yaydığınız kvadratların ortasına qoyub
zərf kimi bükün.
220 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Yağın qalanını
əridib hazır penovanilərin üzərinə fırça lə çəkin.
Əgər belə xəmiri hazırlamağa vaxtınız yoxdursa, hazır xəmirdən
istifadə edə bilərsiniz.