Marneuli meriyası yeni il ərəfəsində 360 650 lari xərcləməyi planlaşdırır
Marneuli bələdiyyəsi 2023-cü ilin gəlişi üçün hazırlıqlara artıq başlayıb. Elan edilmiş üç tenderə görə, yeni il üçün yerli özünüidarə 360 650 lari ayırıb. 199 900 lariyə şəhərin işıqlarla bəzədilməsi, 65 600 lariyə yolkanın alınması, 85 150 lariyə isə tədbirlərin keçirilməsini planlaşdırılır. Bələdiyyə 2023-cü ilin gəlişi ilə əlaqədar yeni il yolkasının işıqlandırılması üçün bayram tədbirinin təşkil edilməsi xidməti ilə bağlı 22 noyabr tarixində tender elan edib.

İştirak etmək istəyən şirkətlər 2-5 dekabr dövründə təkliflərini təqdim edə bilərlər. Qalib şirkət meriyaya qiymətlər cədvəlinə uyğun olaraq, 2022-ci ilin 18 dekabrında işləri təhvil verməli olacaq.

Tender sənədlərinə əsasən, tədbirin keçirilməsi tələblərinə daxildir:
  • Canlı ifa ilə ən az 20 dəqiqəlik repertuarı olan qızlar qrupu, yeni il mövzusunda 5 kompozisiya ifa edilməlidir.
  • Aparıcılar: 40-45 yaşlarında xanım, jurnalist, teleaparıcı, prodüser, konsert aparıcısı olsa, daha yaxşı olar. Analoji tədbirlərin aparıcılıq təcrübəsi olmalıdır. 40-45 yaşlarında bəy. Gürcü və azərbaycan dillərini sərbəst şəkildə bilməlidir. Aktyor və ya rejissor olsa, daha yaxşı olar. Analoji tədbirlərdə aparıcılıq təcrübəsi olmalıdır.
  • Uşaqlar üçün məkanda 2-2,30 saatlıq performans, tanınmış animasiya filmlərinin personajları. Həmçinin, 1 şaxta baba. Yeni il işıqları, səsləndirmə aparatları və sürücü xidməti. Tarixlər sifariş verənlə razılıq əsasında təyin olunur.
  • Qarışıq şirniyyat, yüksək keyfiyyətli konfetlər, peçenyelər və xatirə üçün kiçik oyuncaqlar. Çeşidlər və qablaşdırma dizaynı sifariş verənlə razılıq əsasında və s.

Print Email
FaceBook Twitter Google