Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP)
ekspertləri bildiriblər ki, Y
er kürəsinin ozon təbəqəsi 2066-cı ildə Antarktidada, 2045-ci ildə
Arktikada və 2040-cı ildə dünyanın qalan hissəsində ozon
dəliklərinin olmadığı 1980-ci il dəyərlərinə qayıda bilər.
Bu barədə dünya təşkilatının proqramının hesabatında deyilir.
Qeyd olunub ki, geomühəndislik layihələri atmosferə zərərli
hissəciklər buraxmaqla ozon təbəqəsinə ciddi şəkildə təsir
göstərirlər.
Xatırladaq ki, kanadalı alimlər Yer atmosferində Antarktidadan
yeddi dəfə böyük olan ozon dəliyi aşkar ediblər.
Mənbə: report.az