12 yanvar tarixində Marneuli ərazisində qar yağacaq
Bu gün, 12 yanvar tarixində Marneuli ərazisində qar yağacaq. Sinoptiklərin məlumatına görə, gecə saatlarında da bələdiyyədə qar yağacığı gözlənilir.

Gündüz temperatur 0 dərəcəni göstərəcək, gecə isə temperatur -3 dərəcəyə qədər enəcək.

13 yanvar tarixində bələdiyyədə gündüz qar yağacağı gözlənilir. Gecə saatlarında bələdiyyədə buludlu hava müşahidə ediləcək. Havanın temperaturu gündüz 1 dərəcə istini göstərəcək, gecə isə -3 dərəcə şaxta qeydə alınacaq.

14 yanvar tarixində gəlincə isə Marneuli ərazisində gündüz havanın parçalı buludlu olacağı gözlənilir. Gecə saatlarında bələdiyyədə buludlu hava müşahidə ediləcək. Gündüz temperatur 3 dərəcə istini göstərəcək, gecə isə -6 dərəcə şaxta qeydə alınacaq.

Print Email
FaceBook Twitter Google