Marneulili qadınlara qrafik dizayn və rəqəmsal marketinqin öyrədilməsi üçün “Rəqəmsal məktəb” fəaliyyətə başlayır
Marneulili qadınlar üçün “Rəqəmsal məktəb” fəaliyyətə başlayır. Məktəb çərçivəsində qadınların qrafik dizayn və rəqəmsal marketinq kimi peşələrə sahib olmaq imkanı olacaq.

“Marneuli Demokrat Qadınlar İttifaqı” və onun tərəfdaşı olan “Rəqəmsal məktəb” təşkilatı Marneulidə 18 yaşdan yuxarı qadınları rəqəmsal məktəbə dəvət edir. Məktəbdə onlar üçün tam təmənnasız olaraq bu gün ən çox tələb olunan və yüksək gəlirli rəqəmsal peşələrə sahib olmaq üçün unikal imkan yaradılır: qrafik dizayn və rəqəmsal marketinq. Seçilən namizədlər kursu uğurla başa vurduqları halda reklam agentliklərində uzunmüddətli işlə təmin olunacaqlar”, – Marneuli Demokrat Qadınlar İttifaqının məlumatında qeyd olunub.

Pulsuz rəqəmsal məktəbdə iştirak etmək istəyən qadınlar CV, motivasiya məktubu və öyrənəcəyi peşəyə əsasən doldurulmuş anketi CLOAKING elektron poçt ünvanına göndərməlidirlər.

“Başlıqda qeyd olunan peşələrdən birini yazın (qrafik dizayn və ya rəqəmsal marketinq). Natamam göndərilmiş sənədlər və tam doldurulmamış anket müzakirə olunmayacaq. Kvemo Kartlidə yaşayan tək analara və “4+1” proqramının iştirakçılarına üstünlük veriləcək”, – məlumatda qeyd olunub.

Məktəbdə iştirak etmək üçün müraciətlərin son qəbul vaxtı 17 fevraldır.

Qrafik dizayn kursunu seçdiyiniz halda doldurulacaq anket:
https://forms.gle/LBcHB7Rf6ATWMvjJA

Rəqəmsal marketinq kursunu seçdiyiniz halda doldurmalı olduğunuz anket:
https://forms.gle/Bspw58mpKBzbpn2f6

Suallarınız olan halda qeyd olunan nömrə ilə əlaqə saxlayın:
(+995) 598 555 715

Print Email
FaceBook Twitter Google