Avropa İttifaqı miqrantların qəbulu qaydalarını sərtləşdirir və deportasiyanı sadələşdirir
Avropa İttifaqı sığınacaq və ya qanuniləşdirmə üçün müraciətləri rədd edilən miqrantları deportasiya etməyi planlaşdırır. Üzv ölkələrin daxili işlər nazirləri cümə axşamı Stokholmda keçirilən toplantıda miqrasiya siyasətini müzakirə ediblər.

Növbəti qeyri-rəsmi görüş fevralın 10-da Aİ-nin bütün 27 dövlət başçısının toplantısından əvvəl keçiriləcək və burada miqrasiya məsələsi də gündəmdə olacaq.

İclasın sonunda Aİ-nin daxili işlər naziri İlva Johansson jurnalistlərə bildirib ki, keçən il 300 mindən çox insan Aİ-yə qeyri-qanuni daxil olub, 924 min sığınacaq müraciəti edilib.

"Bu o deməkdir ki, qeyri-müntəzəm gəlişlərdən üç dəfə çox sığınacaq müraciətimiz var", - deyən Johansson, bu miqrantların əksəriyyətinin beynəlxalq müdafiəyə ehtiyacı olmadığını əlavə edib.

İsveçin miqrasiya naziri Mariya Malmer Stenerqaardın sözlərinə görə, hazırda bir çox ölkələrdə 2015 və 2016-cı illərlə müqayisədə daha çox qaçqın var. Onun sözlərinə görə, readmissiyanın aşağı səviyyəsinin ən mühüm səbəblərindən biri üçüncü ölkələrin əməkdaşlığının zəifliyidir.

Onun sözlərinə görə, bu mexanizmə əsasən, Avropa Komissiyası mütəmadi olaraq üçüncü ölkələrin readmissiya sahəsində əməkdaşlıq səviyyəsini qiymətləndirəcək və Avropa Parlamentinə hesabat təqdim edəcək.

Məlumat üçün bildirək ki, Avropa Komissiyasının məlumatlarına əsasən, 2022-ci ildə Aİ-yə üzv olan 27 ölkədə 923 991 sığınacaq müraciəti qeydə alınıb ki, bu da 2021-ci illə müqayisədə 46,5 dəfə çoxdur.

Bu göstərici üzrə birinci yerdə Almaniya qərarlaşıb - ölkəyə 226 467 müraciət daxil olub. Fransa 154 597 müraciətlə ikinci, İspaniya (116 952) və Avstriya (108 490) üçüncü yerdədir.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google