Rustavi meriyası tərəfindən hədiyyə edilmiş üç avtobusda təmir
işləri və texniki baxış həyata keçirilir.
“Avtopark” MMC-nin rəhbəri Qiqa Calağonia “Marneuli” radiosu ilə
söhbəti zamanı bildirdi ki, işlərin nə vaxt tamamlanacağı dəqiq
məlum deyil, ancaq tezliklə təmir etməyə çalışacaqlar.
“Bu nəqliyyat hələ təmir edilməlidir, uzun müddət
hərəkət etməyib, hələ ki, təmir işləri aparılır. Sıradan çıxmış
hissələri var, material lazımdır. Texniki məsələlər həll
olunmalıdır. Çalışacağıq, tezliklə
tamamlayaq”.
Hələ ki, üç ədəd avtobusun bələdiyyənin hansı istiqamətlərinə
bölünəcəyi məlum deyil. Qiqa Calağonianın sözlərinə görə, bu
məsələni meriya ilə razılaşdıracaqlar.
Rustavi meriyası Marneuli yerli özünüidarəsinə istifadə edilmiş
avtobusları bir neçə həftə əvvəl hədiyyə edib. Marneuli meriyası
evakuatorla daşıma xidməti üçün 1350 lari dəyərində sadələşdirilmiş
müqavilə bağlayıb.