Avropalı nazirlər Aİ-ni gürcü və moldovalı oliqarxlara sanksiya tətbiq etməyə çağırır - Politico
Bazar ertəsi bir neçə avropalı nazir Avropa Şurasını gürcü və moldovalı oliqarxlara sanksiyalar tətbiq etməyə çağırıb. Bu barədə “Politico” yazıb.

Fransanın xarici işlər naziri Ketrin Kolonna Avropa Şurasının xarici işlər nazirləri ilə görüşdən sonra deyib: "Bu iki ölkə sabitliyin pozulması təhlükəsi ilə üz-üzədir və bu, bizim böyük ehtiyatlılığımızı tələb edir".

Məlumat üçün bildirək ki, iki həftə əvvəl Tbilisidə nümayişçilər “Agentlər haqqında qanun layihəsi”nin geri çağırılması tələbi ilə etiraz aksiyaları keçiriblər. “Gürcü arzusu” qanun layihəsini dəstəkləyib. Qeyd edək ki, Gürcüstan prezidenti Salome Zurabişvili də hakim partiyanı Rusiya ilə sıx münasibətlərdə ittiham edib.

Partiyanın təsisçisi keçmiş baş nazir Bidzina İvanişvilidir, o, sərvətinin böyük hissəsini 90-cı illərdə Rusiyada toplayıb.

Estoniyanın xarici işlər naziri Urmas Reinsalunun sözlərinə görə, Avropa Şurası Moldovanın rusiyayönlü oliqarxlarına qarşı sanksiyalar tətbiq etməyə borcludur.

Xatırladırıq ki, Moldovaya ötən ilin iyununda Ukrayna ilə birlikdə Aİ-yə namizəd statusu verilib - və Gürcüstan namizəd statusu verilməzdən əvvəl oliqarxların siyasi və iqtisadi təsirinin məhdudlaşdırılması da daxil olmaqla islahatlar həyata keçirməli olacaq.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google