Marneuli məktəblərində üç vakant yer var
Marneuli bələdiyyəsində iki ictimai məktəbdə üç vakant yer var. Məktəblərin vakansiya veb-səhifəsində yayımlanmış məlumata görə, Marneuli şəhər 5 saylı ictimai məktəbi (müvəqqəti ştat) xüsusi müəllim axtarır. Həmin təhsil müəssisəsində xüsusi təhsilə ehtiyac duyan şagirdin asistenti vəzifəsinə boş yer var. Vakansiyalar 14 mart tarixində elan edilib və son müddət 24 martdır.

Xüsusi müəllim ştatına namizəd sonrakı tələblərə uyğun olmalıdır:
  • Magistr təhsil proqramını başa vurduqdan sonra magistratura təhsili və ya ona bərabər akademik dərəcə (ümumi təhsilə uyğun pillə fənn/fənnlərin tədris hüququnu qeyd etməklə) olmalıdır. Xüsusi müəllim hazırlıq modulu və ya müəllimlərin hazırlıq bakalavr-magistr təhsil proqramı çərçivəsində xüsusi müəllim hazırlıq modulunu keçməlidir;
  • Ən az milli tədris planı ilə nəzərdə tutulmuş fənn/fənnlər qrupu istiqamətində bakalavr və ya ona bərabər akademik dərəcə nəzərə alınmalıdır və xüsusi təhsil magistratura proqramı keçməlidir;
  • Ali təhsili təsdiq edən sənədə görə, xüsusi müəllim/müəllim olaraq işləməyə başladıqdan 2 il müddətində xüsusi müəllim peşə inkişafı təhsil proqramı və ya müəllimlərin hazırlıq təhsil proqramının distant kursunu keçməlidir, Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq imtahan verməlidir;
  • Ali təhsili təsdiq edən sənədə görə, müəllimlik hüququ olmalıdır və Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq imtahan verməlidir.
  • Bakalavr və ya ona bərabər akademik dərəcə və xüsusi təhsil magistratura proqramı keçməlidir.
  • Xüsusi müəllim olaraq işləyir.
Xüsusi təhsiə ehtiyacı olan şəxsin asistenti:
  • Bakalavr akademik dərəcəsi və ya sonuncu kurs tələbəsi olmalıdır;
  • Ən az 6 aylıq iş və ya könüllülük təcrübəsi olmalıdır;
  • Fiziki imkanları məhdud, inkişaf pozuntusu haqqında məlumatı olmalıdır. Asistentlik strategiyası və davranışların idarəolunması məsələləri bacarığı olmalıdır.
Üstünlük veriləcək şəxslər:
  • Xüsusi təhsil ehtiyacı/fiziki imkanları olan şəxslərin təhsili və ya qayğı göstərmə təcübəsi;
  • İnklüziv təhsil məsələləri haqqında təlim-kursları keçməlidir (müvafiq sertifikat təqdim etməlidir);
  • İnklüziv təhsil sahəsində təcrübə keçməlidir;
  • Təhsil sistemində (məktəbəqədər təhsil müəssisəsi/peşə təhsil müəssisəsi/məktəb) iş təcrübəsi;
  • Psixoloq, müəllim, xüsusi müəllim, terapevt, sosial işçi, tibbi təhsili olmalıdır;
5 saylı ictimai məktəbdən əlavə Kəpənəkçi kənd ictimai məktəbi də xüsusi müəllim vakansiyası elan edib.

Məktəbdə xüsusi müəllim, müəllimin peşə standartları ilə tətbiq edilmiş tələbləri və sonrakı tələblərdən birini qane etməlidir:
  • Magistratura təhsil proqramını başa vurduqdan sonra magistratura təhsili və ya ona bərabər akademik dərəcə (ümumi təhsilə uyğun pillə fənn/fənnlərin tədris hüququnu qeyd etməklə) olmalıdır. Xüsusi müəllim hazırlıq modulu və ya müəllimlərin hazırlıq bakalavr-magistr təhsil proqramı çərçivəsində xüsusi müəllim hazırlıq modulunu keçməlidir;
  • Ən az milli tədris planı ilə nəzərdə tutulmuş fənn/fənnlər qrupu istiqamətində bakalavr və ya ona bərabər akademik dərəcə nəzərə alınmalıdır və xüsusi təhsil magistratura proqramı keçməlidir;
  • Ali təhsili təsdiq edən sənədə görə, müəllimlik hüququ olmalıdır və Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq imtahan verməlidir.
  • Bakalavr və ya ona bərabər akademik dərəcə və xüsusi təhsil magistratura proqramı keçməlidir.
  • Fəaliyyət göstərən xüsusi müəllim “Ümumi təhsil haqqında” Gürücstan qanunu ilə tətbiq edilmiş tələbləri, qanunvericiliklə tətbiq edilmiş vaxt ərzində müvafiq imtahanı vermək şərti ilə qane etməlidir.
  • Xüsusi müəllim peşə inkişafı sxeminə minimum təcrübəçi müəllim statusu ilə qoşulması müsbətdir.
Müsabiqədə iştirak etmək üçün son müddət 30 apreldir.
Print Email
FaceBook Twitter Google