Marneuli meriyası 51 000 lariyə yük maşını almağı planlaşdırır
Marneuli yerli özünüidarəsi bir ədəd yük maşının alınması üçün tender elan edib. Meriyanın İctimaiyyətlə Əlaqələr Şöbəsindən “Marneuli” radiosuna bildiriblər ki, meriya yük maşınını “Marneuli Kənd Su” MMC üçün alacaq.

Marneuli meriyası yük maşını almaq üçün 51 000 lari dəyərində tenderi 17 mart tarixində elan edib.

Tenderdə iştirak etmək istəyən şirkətlər 28 martdan 31 marta qədər öz təkliflərini təqdim edə bilərlər. Tender təklifinə görə, qalib şirkət müqavilə bağlandıqdan 60 gün ərzində yük maşınını təhvil verməlidir.

Tender sənədlərində həmçinin, maşının 2022 və ya 2023-cü ildə istehsal olunması da qeyd olunub.

Print Email
FaceBook Twitter Google