Meriya Novruz bayramına dəvət edilimş qonaqların qarşılanması üçün 13 397 lari xərcləyib
Marneuli bələdiyyəsinə Novruz bayramına dəvət edilmiş qonaqları qarşılamaq 13 397 lariyə başa gəlib.

Alqı-satqıların qeyd olunduğu veb-səhifədə iki sadələşdirilmiş alış-veriş həyata keçirilib. Onlardan biri 12 085, digəri isə 1 312 lari dəyərindədir.

Marneuli meriyası “KILIM“ MMC-yə 12 085 lari ödəyib.

“Bildiyiniz kimi, cari ilin 21 mart tarixində Marneuli meriyası Novruz bayramı ilə əlaqədar müxtəlif dövlət strukturlarından dəvət edilmiş qonaqlara ev sahibliyi edəcək. Buradan irəli gələrək, qeyd olunan qonaqların naharla təmin olunması lazımdır. Xahiş edirik, müvafiq xidmətə qanunvericiliklə nəzərdə tutulmuş qaydaya uyğun olaraq, qonaqlara ev sahibliyi etmək alqı-satqılarla əlaqədar işləri həyata keçirmək tapşırığı verəsiniz”,
– Marneuli meri Kənan Ömərova yazılmış izahatnamədə yazılıb.

Yerli özünüidarə digər sadələşdirilmiş müqavilədə “Sadğeqrdzelo” restoranına 1312 lari ödəyib.

“Xatırladaq ki, cari ilin 20 martında Novruz bayramı ilə əlaqədar olaraq qonaqların naharla təmin edilməsi planlaşdırılır. Xahiş edirik, xərclər üçün müvafiq vəsait ayrıasınız”, –
Marneuli Bələdiyyə Məclisinin sədrinə yazılmış izahatnamədə yazılıb.

Qeyd edək ki, Marneulidə Novruz bayramı 21 mart tarixində qeyd olunub. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və digər mərkəzi hakimiyyət nümayəndələri bələdiyyədə qonaq olublar, bayramı təbrik ediblər.


Print Email
FaceBook Twitter Google