Marneuli meriyası Novruz bayramı ilə əlaqədar təmizlik işlərinə
3 950 lari ödəyib.
Bələdiyyə 4 binanın təmizlənməsini sadələşdirilmiş qaydada həyata
keçirib. Bunun üçün fərdi sahibkar Rahib Nəsibovla müqavilə
bağlayıb. Sadələşdirilmiş müqaviləyə əsasən bayram üçün meriya
binası, Mədəniyyət Evi, Kitabxana və onun ərazisindəki binalar
təmizlənəcək.
"Bildiyiniz kimi, Novruz bayramı ilə əlaqədar Marneuli
bələdiyyə meriyasının binası, Mədəniyyət Evi, Kitabxana və onun
ərazisində yerləşən bina təmizlənməlidir. Xahiş edirik, müvafiq
xidmətə xərclərlə əlaqədar tədbirlərin qanunvericiliklə nəzərdə
tutulmuş qaydada təmin edilməsi tapşırığını
verəsiniz" - izahatnamədə deyilir.
Məsuliyyətli şəxs müqavilə bağlandıqdan sonra cari ilin, 19 mart
tarixinə qədər xidmət göstərməlidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415