“Era teatrı”nın aktyoru Elnur Vəlizadənin lentə aldığı “Su həyat
mənbəyidir” adlı qısametrajlı filmi Tbilisi meriyasının elan etdiyi
müsabiqədə iştirak edir.
Artıq onun filmi ilk onluğa düşüb. Teatrın aktyoru və bədii rəhbər
müavini olan Elnur Vəlizadə “Marneuli” radiosu ilə söhbəti zamanı
bildirdi ki, o, müsabiqə haqqında teatrın bədii rəhbəri Anar
Rafiqoğlundan məlumat alıb. O, bundan sonra qərara
gəlib ki,
müsabiqədə iştirak etsin.
“Teatr fəaliyyətlərimizlə yanaşı “Era film” olaraq
kinematoqrafiya sahəsində də yeni işlər görürük. Bu da yaxın
gələcəkdə baş tutacaq planlarımızdan biri idi. Qısametrajlı
filmimiz isə məlum müsabiqə üçün uyğun idi və filmimizi müsabiqəyə
göndərdik. Eyni zamanda gürcü cəmiyyətinə inteqrasiya əsas
hədəflərimiz arasında yer alır. İlk onluğa düşmək bizi bu məqsədə
bir addım da yaxınlaşdırdı”.
Vəlizadənin sözlərinə görə, o, əvvəllər də film müsabiqələrində
iştirak edib və artıq onun bu sahədə təcrübəsi var.
“Mən ilk dəfə “Era teatrı”nın film müsabiqəsində
iştirak etmişdim. O zamanlar teatrın üzvü deyildim. Müsabiqə
qaliblərindən biri də mən oldum və bundan sonra Era ailəsinin bir
parçasına çevrildim. Bu layihədə yaxın dostlarım başdan sona qədər
yanımda oldular. Bu dəstək mənim üçün çox böyük məna ifadə edir.
Fürsətdən istifadə edib dəstəkçilərim Anar Rafiqoğlu, Nicat
Hüseynov, Elvin Xanbabayev, Seymur Mərdəliyev, Qurban Vəliyev və
Ruslan İsmayılova təşəkkürlərimi bildirirəm. Gələcək planlarımızdan
biri mütləq şəkildə beynəlxalq müsabiqələrdə, film festivallarında
ölkəmizi təmsil etməkdir. Cəmi bir neçə gün ərzində izləyicilər
möhtəşəm birlik və dəstək nümayiş etdirdilər. Müsabiqənin
nəticələri martın 29-da bəlli olacaq və hazırda biz sıralamada ən
öndəyik”.
Elan olunan müsabiqənin şərtlərinə görə, bir qalib münsiflər heyəti
tərəfindən, digəri isə 29 mart saat 23:59-a qədər
“Tbilisi İdman və Gənclər Mərkəzi”nin “Facebook”
səhifəsində filmlərə/videolara gələn bəyənmə sayına görə
seçiləcək.
“Su həyat mənbəyidir” adlı qısametrajlı filminin komanda
heyəti:
- İdeya müəllifi: Anar Rafiqoğlu;
- Rejissor&aktyor: Elnur Vəlizadə;
- Operator: Nicat Hüseynov, Seymur
Mərdəliyev;
- Fotoqraf: Qurban Vəliyev;
- Stilist: Elvin Xanbabayev;
- Köməkçi: Ruslan İsmayılov.
Qeyd edək ki, müsabiqə Tbilisi meriyasının nəzdində fəaliyyət
göstərən “Tbilisi İdman və Gənclər Mərkəzi” tərəfindən elan edilmiş
beynəlxalq çağırış olan “Yer saatı”na həsr olunub. Layihənin əsas
məqsədi gənclərin qlobal ekoloji problemlər haqqında
məlumatlılığının artırılması və bu istiqamətdə yaradıcı
baxışlarının dəstəklənməsidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415