2 aprel tarixində Marneulidə Natalia Kvantaliani adına Mərkəzi Qan
Bankının təşəbbüsü və Marneuli meriyasının dəstəyi ilə qanvermə
aksiyası keçiriləcək.
Qanvermə aksiyası Marneuli şəhərində, meriyanın konfrans zalında
səhər saat 10:00-dan başlayacaq. Qanvermə aksiyası “Həyat xilas
etmək üçün qan ver” aksiyası çərçivəsində baş tutacaq.
Natalia Kvantaliani adına Mərkəzi Qan Bankının nümayəndəsi
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirir
ki, qanvermə tam
təhlükəsiz prosesdir və o, əhalini fəal olmağa çağırıb.
“Biz öz inventarımızı gətirib gələcəyik və
könüllülərdən qan alacağıq. Bu tam təhlükəsiz prosesdir və orqanizm
üçün yaxşıdır. Bizim bir adamdan maksimum 420 qram qan götürmək
hüququmuz var və bu çoxsaylı adamlara kömək edəcək. Qanvermə ilə
yanaşı biz analizlər də götürürük və donorlar pulsuz müayinədən
keçəcəklər. Onlar həmin müayinələrin nəticələrini bağlı konvertlə
əldə edəcəklər və bu məlumatı yalnız onlar
biləcək”.
Natalia Kvantaliani adına Mərkəzi Qan Bankının nümayəndəsinin
sözlərinə görə, Gürcüstanda çox xəstələrin qan köçürülməsinə
ehtiyacı var, ancaq kifayət qədər ehtiyat yoxdur. Məhz buna görə
Mərkəzi Qan Bankı vətəndaşları fəal olmağa çağırır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415