Kanadada meşə yanğını səbəbindən 6 min nəfər təxliyə edilib
Kanadanın Alberta əyalətində güclü meşə yanğını səbəbindən 6 min insan evlərini tərk etmək məcburiyyətində qalıb. Bu barədə CBC telekanalı məlumat yayıb.

Məcburi evakuasiya əmrlərini Fort-Makmyurrey şəhərinin bir neçə rayonu da daxil olmaqla Vud Buffalo bələdiyyəsinin sakinləri alıb. Bu yaşayış məntəqəsi 2016-cı ildə meşə yanğınlarından ən çox ziyan çəkib. Həmin vaxt 3,2 mindən çox ev yanğın
nəticəsində məhv olub, evakuasiya zamanı iki nəfər ölüb. Hazırkı yanğının sahəsi artıq 10 min hektardan çoxdur.

Kanadanın Meşə Yanğınları üzrə Mərkəzinin məlumatına görə, ölkədə artıq 90-a yaxın yanğın ocağı qeydə alınıb, onlardan 12-si "nəzarətdən çıxmış" kimi təsnif edilir. Meşə yanğınlarının əksəriyyəti Alberta və Britaniya Kolumbiyasında qeydə alınıb.
Mənbə: report.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google