2024-cü ildə Kvemo Kartli məktəblərində 1979 şagird məktəbi tərk
edib və ya şagird statusu dayandırılıb.
2024-cü il məlumatlarına görə, şagirdlərin təhsildən
kənarlaşdırılması və ya şagird statusunun dayandırılması ilə bağlı
ən yüksək göstəricilərdən biri Kvemo Kartli bölgəsində ictimai,
özəl məktəblərdədir.
Ölkə üzrə ümumilikdə 10 800 şagirdin statusu dayandırılıb. Kvemo
Kartli bu göstəricilərlə Tbilisidən sonra ikinci yerdədir.
Gürcüstanın Xalq Müdafiəçisinin 2024-cü il Parlament hesabatına
əsasən, statusun dayandırılmasının ən çox yayılmış səbəbləri
bunlardır:
- Ailə ilə xaricə səyahət etmək;
- Valideyn və ya qanuni nümayəndənin
müraciəti;
- Peşə kollecində təhsili davam etdirmək;
- Dərsdə ardıcıl iştirak etməmək həddini
aşmaq.
Bundan əlavə, konkret sosial və iqtisadi amillər də mühüm rol
oynayır. Məsələn, eyni hesabata görə:
- 300 şagird işə başlaması ilə əlaqədar təhsilini
dayandırıb;
- 122 halda səbəb sağlamlıq vəziyyətidir;
- 43 halda səbəb nikahdır.
Statistikaya görə, statusu dayandırılan şagirdlərin 4364-ü qız,
6436-sı isə oğlandır.
5191 şagird IX sinfə qədər, qalanları isə IX sinfi bitirdikdən
sonra məktəbi tərk edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415