Daxili İşlər Nazirliyi Bolnisidə uşaq nikahına qarşı məlumat kampaniyasına başlayıb
Daxili İşlər Nazirliyi azyaşlıların nikahlarına qarşı “Uşaqlığını əlindən alma” adlı məlumat kampaniyasına rəsmən start verib. DİN-in yaydığı məlumata görə, kampaniyanın açılışı Bolnisi Diyarşünaslıq Muzeyində keçirilib və tədbirdə Bolnisi məktəblərinin müəllim və şagirdləri də iştirak edib.

“Kampaniya çərçivəsində bir sıra mühüm tədbirlər, o cümlədən məktəblilər, valideynlər, müəllimlər, direktorlar, məhkəmə icraçıları və resurs mərkəzlərinin nümayəndələri ilə məlumat xarakterli görüşlərin keçirilməsi nəzərdə tutulub. Həm təhsil müəssisələrində, həm də polis bölmələrində şagirdlərlə görüşlər keçiriləcək. Burada İnsan Hüquqlarının Müdafiəsi Şöbəsi, ərazi polis orqanlarının nümayəndələri tərəfindən nazirliyin uşaq nikahlarının qarşısının alınması istiqamətində həyata keçirilən qabaqlayıcı tədbirlər və cavab üsulları ilə tanış olacaqlar”, – DİN-in məlumatında deyilir.

DİN-dən verilən məlumata görə, məktəblilərə videoçarxlar da nümayiş etdiriləcək, onlara çantalar, köynəklər və məlumat broşürləri hədiyyə olunacaq. Nazirlikdən verilən məlumata görə, məktəblilər arasında erkən nikahların mənfi nəticələri ilə bağlı poster müsabiqəsi də elan edilib və bu müsabiqədə müxtəlif nominasiyalar üzrə üç qalib müəyyən edilərək mükafatlar təqdim olunacaq.

“Bundan başqa, əhalinin maarifləndirilməsi və əlçatanlığın artırılması məqsədilə əhaliyə məlumat xarakterli telefon mesajlarının göndərilməsi nəzərdə tutulur. “Uşaqlığını əlindən alma” kampaniyası artıq uşaq hüquqlarının qorunmasına və onlar üçün zorakılıqdan qorunan mühitin yaradılmasına töhfə verən mühüm qabaqlayıcı mexanizmlərdən birinə çevrilib”, – DİN-in açıqlamasında deyilir.

“Uşaqlığını əlindən alma” məlumatlandırma kampaniyasının rəsmi açılışında Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze, Gürcüstan hökuməti administrasiyasının insan hüquqları şöbəsinin müdiri Niko Tatulaşvili, Gürcüstanın təhsil, elm və gənclər nazirinin birinci müavini Qiorqi Modebadze iştirak ediblər.

Gürcüstanın Xalq Müdafiəçisinin 2024-cü il Parlament hesabatına əsasən, ölkə üzrə ümumilikdə 10 800 şagirdin statusu dayandırılıb. Kvemo Kartlidə 1979 uşağın şagirdin statusu dayandırılıb. Statusun dayandırılmasının səbəblərindən biri də nikahdır və bu səbəbdən 43 uşağın şagird statusu dayandırılıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google