Marneuli bələdiyyəsinin Baydar kəndində yeni təmirdən çıxmış
məktəb istifadəyə verilib və tədris prosesi bərpa olunub.
Məktəbin açılış mərasimində təhsil, elm və gənclər naziri
Aleksandre Tsuladze iştirak edib. Nazir müavini Qiorqi Cinçaradze,
Marneuli meri Kənan Ömərov, Bələdiyyə Məclisinin sədri Amiran
Qiorqadze və dövlət prokurorunun müavini Nika Kobaxidze də Baydarda
olublar.
Dövlət qurumları təhsil ocağının açılması ilə bağlı “Marneuli”
radiosuna məlumat verməyib.
Meriya tərəfindən yayılan materialda oxuyuruq ki, məktəbdə tədris
məkanları ilə yanaşı, elm və kompüter laboratoriyaları, akt zalı,
açıq, qapalı idman infrastrukturu, istirahət məkanları var. Bundan
əlavə, resurs otağı, həkim məntəqəsi, yeməkxana və kitabxana
fəaliyyət göstərir.
“Məktəb təhlükəsizlik sistemləri ilə təchiz olunub və
fiziki imkanları məhdud olan insanlar üçün tam uyğunlaşdırılıb.
Bərpa işləri Təhsil və Elm İnfrastrukturunun İnkişafı Agentliyi
tərəfindən aparılıb. Baydar ictimai məktəbi 400 şagird üçün nəzərdə
tutulub”, – meriya yazır.
Təhsil ocağında aparılan abadlıq işləri zamanı Baydar məktəbinin
şagirdləri Kürtlər ictimai məktəbində təhsil alırdılar. Baydar
məktəbi ilə yanaşı Qardabani 1 saylı məktəbinin də açılışı
olub.
Məktəblərdə bərpa işləri Təhsil və Elm Agentliyi tərəfindən həyata
keçirilib. Layihələrin ümumi dəyəri 8,5 milyon laridən çox
olub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415