Hörmüz boğazından keçid rüsumu ilə bağlı qeyri-müəyyənlik qalır
Bu həftə imzalanması gözlənilən razılaşmanın bir hissəsi olaraq ABŞ İranın Hörmüz boğazından keçən gəmilərdən ödəniş almayacağını gözləyir. Bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens iyunun 15-də deyib.

Vensin CNBC telekanalına müsahibəsi ilə eyni vaxtda ABŞ Prezidenti Donald Tramp yeni açıqlama verib. “Gəmilər Hörmüz boğazından çıxaraq hərəkətə başlayır, onların bir çoxu neftlə yüklənib. Onlar tam təhlükəsiz, etibarlı və
problemsiz olan cənub marşrutu ilə hərəkət edirlər”,
– Tramp iyunun 15-də sosial şəbəkədə yazıb.

Trampın bu iddiasını dərhal yoxlamaq mümkün olmayıb.

CNBC-nin Hörmüz boğazının ilk 60 gün və ya daha uzun müddət ərzində ödənişsiz açılması ilə bağlı İranla razılıq əldə olunub-olunmadığına dair sualını Vens belə cavablandırıb: “Bizim gözləntimiz odur ki, boğaz uzunmüddətli perspektivdə rüsumsuz fəaliyyət göstərəcək. Bu məsələni texniki danışıqlar zamanı dəqiqləşdirəcəyik”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə mətbuat konfransında deyib ki, “müəyyən müddət ərzində qarşı tərəfin addımlarına uyğun olaraq Hörmüz boğazında təhlükəsiz gəmiçiliyi təmin edəcəyik”.

“Həmişə demişik ki, keçid haqqı toplamaq niyyətində deyilik. Lakin təqdim edəcəyimiz xidmətlərə görə – naviqasiya xidmətləri, ətraf mühitin qorunması, mümkün gəmi sığortası və İranla Omanın göstərəcəyi digər xidmətlərə görə zəruri ödəniş mexanizmlərini hazırlayacaq və tətbiq edəcəyik”, – Bəqayi bildirib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google