ABŞ və İran arasında Anlaşma Memorandumunun (MoU) imzalanmasına
dair çərçivə razılaşması elan ediləndən sonra xarici valyutaların
və qızılın qiymətləri düşüb.
ABŞ Prezidenti Donald Tramp iyunun 15-də sosial şəbəkədə
paylaşımında bildirib ki,
“İran İslam Respublikası ilə
razılaşma artıq tamamlanıb”.
Bundan əvvəl ABŞ-İran razılaşmasının əsas vasitəçilərindən olan
Pakistanın baş naziri Şahbaz Şərif açıqlamışdı ki, İran və ABŞ
arasında
imzalanma mərasimi iyunun 19-da Cenevrədə keçiriləcək.
AzadlıqRadiosunun Radio Fərda fars xidməti açıq bazarda valyuta
məzənnələrini və qızıl qiymətlərini izləyən saytların məlumatlarına
istinadla xəbər verib ki, iyunun 15-də ABŞ dollarının məzənnəsi 162
min tüməndən aşağı düşüb.
Bu, cəmi bir gün ərzində təxminən 10 min tümən ucuzlaşma deməkdir.
Bundan əvvəl dollar təxminən 171 min tümən səviyyəsində ticarət
olunurdu.
Radio Fərda-nın məlumatına görə, açıq bazarda digər xarici
valyutaların dəyərində də azalma qeydə alınıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.