Ukrayna və Polşa prezidentləri Volodimir Zelenski və Karol
Navrotski Ankarada keçirilən NATO sammiti çərçivəsində ikitərəfli
görüş keçiriblər.
Bu, Polşa prezidentinin Zelenskini ölkənin ən ali dövlət mükafatı
olan Ağ Qartal ordenindən məhrum etmək qərarını açıqlamasından
sonra liderlər arasında baş tutan ilk görüş olub. Navrotski
bildirmişdi ki, bu addım Ukraynanın xüsusi təyinatlı bölmələrindən
birinə daha əvvəl UPA qəhrəmanları
(“Ukrayna Üsyançı Ordusu” –
red.) adının verilməsi qərarına reaksiyadır.
Zelenski görüşü “vacib və zəruri” adlandırıb və bildirib ki,
Navrotski ilə bir saatdan çox söhbət edib.
“Bizim ortaq təhlükəmiz var – Rusiya. Qarşılıqlı
anlaşmanın, dəstəyin qorunması və birlikdə hərəkət etməyimiz son
dərəcə vacibdir”, – deyə Ukrayna prezidenti
vurğulayıb və əlavə edib ki, hər iki lider dialoqu davam etdirmək
barədə razılığa gəlib.
Navrotski də görüşlə bağlı açıqlama verərək bildirib ki, tarixi
mübahisəli məsələləri həll etmək mümkün olmayıb, lakin bunun onun
məqsədi olmadığını qeyd edib. Polşa prezidenti bir daha vurğulayıb
ki, onun fikrincə, Ukraynada UPA-nın tərənnüm edilməsi gələcəkdə
ölkənin Avropa İttifaqına üzvlüyü yolunda maneə yarada bilər.
Bununla yanaşı, Navrotski Zelenskiyə Rusiyanı ümumi təhlükə hesab
etdiyini təsdiqlədiyini və gələcək əməkdaşlığı müzakirə etdiklərini
bildirib.
Son dövrlərdə Kiyev və Varşava arasında münasibətlər nəzərəçarpacaq
dərəcədə pisləşib. Zelenskinin qərarını təkcə Navrotski deyil, həm
də Polşanın liberal hökumətindəki siyasi rəqibləri qınayıblar.
Onlar hesab edirlər ki, münaqişənin daha da dərinləşdirilməsi
qəbuledilməzdir.
Zelenskinin Ağ Qartal ordenindən məhrum edilməsi barədə qərar hələ
rəsmi qüvvəyə minməyib. Bununla belə, Ukrayna prezidenti mükafatdan
özü imtina edib və ordeni poçt vasitəsilə Polşa prezidentinə geri
göndərib. Ukraynanın keçmiş prezidentləri və digər tanınmış
siyasətçilər də Polşa mükafatlarından imtina ediblər, eyni zamanda
bəzi polşalı ictimai xadimlər Ukrayna mükafatlarını qəbul
etməyiblər.
Polşada UPA – Ukraynanın müstəqilliyi uğrunda mübarizə aparmış
silahlı təşkilat – İkinci Dünya müharibəsi zamanı Volın bölgəsində
polşalı mülki əhaliyə qarşı kütləvi qırğınlar törətməkdə ittiham
olunur.
Ukrayna isə UPA-nın nasistlərə və sovet hakimiyyətinə qarşı
apardığı mübarizəni ön plana çəkir və tarixi dialoq aparmağa hazır
olduğunu bildirir. Bununla yanaşı, vurğulayır ki, Ukraynanın öz
tarixini necə şərh etməli olduğunu kənar şəxslər müəyyən
etməməlidirlər.
Çərşənbə günü Avropa Parlamenti Ukraynanın Avropa İttifaqına üzvlük
yolunda əldə etdiyi irəliləyişlə bağlı qətnamə qəbul edib.
Qətnamədə Zelenskinin UPA-nın adının xüsusi təyinatlı bölmələrdən
birinə verilməsi barədə qərarı pislənilib.
Sənəddə qeyd olunur ki, bu qərar “xoş qonşuluq münasibətlərinə
xələl gətirir” və “Avropa dəyərləri ilə uzlaşmır”. Polşalı
deputatlar qrupu bu müddəanın qətnaməyə daxil edilməsində israr
edib və nəticədə sənəddə sağ müxalifəti təmsil edən digər polşalı
deputatların təklif etdiyindən daha mülayim ifadələr seçilib.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.