Ermənistanın yeni Konstitusiya layihəsi ilin sonunadək dərc
olunacaq. Delimitasiya və ekzklavlar məsələsi isə birmənalı olaraq
Alma-Ata Bəyannaməsi əsasında həll ediləcək.
Bu barədə iyulun 9-da hökumətdə keçirilən brifinqdə Ermənistanın
baş naziri Nikol Paşinyan bildirib. O, Azərbaycan xarici işlər
naziri Ceyhun Bayramovun Ermənistan Konstitusiyasına dəyişiklik və
anklavlar barədə tələblərini şərh edərkən bu fikirləri
səsləndirib.
Baş nazir vurğulayıb ki, Yerevan daxili məsələlərini xarici siyasət
arenasında müzakirə etmək niyyətində deyil – bu, prinsipial
mövqedir. Onun fikrincə, Konstitusiya islahatları isə hakim
partiyanın seçkiqabağı proqramının tərkib hissəsidir və seçkilərdə
onu 726 min vətəndaş dəstəkləyib. Paşinyan layihənin dərcinin
gecikmə səbəbini belə izah edib:
"Müzakirələr zamanı
"Vətəndaş Müqaviləsi" partiyasının İdarə Heyəti üzvlərindən
çoxsaylı təkliflər daxil olmuşdu. Seçkilər ərəfəsində bunları sakit
iş şəraitində müzakirə edə bilməyəcəyimizi anlayaraq, komandadaxili
variantı lazımi təhlil olmadan dərc etməmək məqsədilə prosesi
seçkidən sonrakı dövrə keçirmək qərarına gəldik. Hazırda
təkliflərin verilmə müddəti başa çatıb, onlar müzakirə olunub –
yalnız sonuncu bənd üzrə qərar qəbul etmək qalır. Dəqiq vaxt
deməyəcəyəm, amma ilin sonunadək mətni mütləq dərc
edəcəyik".
Sərhədin delimitasiyası, eləcə də anklav və ekzklav probleminin
tənzimlənməsi mövzusuna toxunan baş nazir bildirib ki, Ermənistan
da bu məsələnin həllində eyni dərəcədə maraqlıdır, çünki erməni
ekzklavı olan Artsvaşen (Başkənd) kəndi de-fakto Azərbaycanın
nəzarəti altındadır.
Paşinyan ekzklav probleminin iki mümkün həll yolunu açıqlayıb: ya
ərazilər SSRİ dağılanda hansı ölkəyə məxsus idisə, həmin ölkənin
tərkibində qalır, ya da tərəflər sərhədboyu ekvivalent sahələrin
dəyişdirilməsi barədə razılığa gəlirlər.
Baş nazir həmçinin hər iki ölkənin oxşar infrastruktur çətinlikləri
ilə üzləşdiyini vurğulayıb – yaşayış məntəqələrinə aparan yollar
sovet dövrünün anklav zonalarından keçir və Azərbaycanın timsalında
bu, bəzi kəndlərin tam təcrid olunmasına gətirib çıxara bilər.
Paşinyan çıxışını bu sözlərlə tamamlayıb:
"Münaqişə
məntiqi – "kim nə götürübsə, onundur" – biz bu məntiqdən imtina
etmişik. Biz sülh sazişi və Alma-Ata Bəyannaməsinin məntiqini
rəhbər tuturuq: Ermənistanın ərazisi Sovet Ermənistanının ərazisinə
– 29 min 743 kvadratkilometrə, Azərbaycanın ərazisi isə Sovet
Azərbaycanına bərabərdir. Əgər sərhədlərlə bağlı qərar
Konstitusiyaya və qanunlara uyğun olaraq xalqın iradəsinin
öyrənilməsi tələb edərsə, təbii ki, bu sualla vətəndaşlara üz
tutacağıq".
Bayramovdan eksklav açıqlaması: 'Məsələ öz həllini
tapacaq'
Azərbaycanla Ermənistan arasında 13 kilometrə yaxın dövlət sərhədi
delimitasiya olunub, həmin ərazilərdə demarkasiya işləri də başa
çatdırılıb. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov
jurnalistlərə açıqlama verib. Nazir iyulun 9-da – diplomatik xidmət
orqanları əməkdaşlarının peşə bayramı günündə Fəxri xiyabanı
ziyarət etdikdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Delimitasiya sərhədin xəritə və coğrafi təsvirlər əsasında kağız
üzərində müəyyənləşdirilməsi, demarkasiya isə həmin xəttin birbaşa
ərazidə dirək və nişanlarla işarələnməsidir.
Bayramov iki ölkə arasında delimitasiya prosesinin davam etdiyini
bildirib:
"Sərhədin şimaldan cənuba doğru
müəyyənləşdirilməsi barədə bəlli bir razılaşma var. Sülh sazişinin
yekunlaşdırılması istiqamətində Azərbaycan tərəfi üzərinə düşən
bütün işləri tamamlayıb".
AZƏRTAC-ın məlumatına görə, nazir delimitasiya prosesi çərçivəsində
eksklav kəndlərlə bağlı məsələlərin də öz həllini tapacağını əlavə
edib.
Eksklav - bir dövlətin əsas ərazisindən kənarda yerləşən və
tamamilə digər ölkənin quru ərazisi ilə əhatə olunmuş torpaq
parçasıdır.
Rəsmi Bakının açıqlamasına görə, dörd eksklav kəndi hələ də
Ermənistanın nəzarətindədir.
Yerevan isə Gədəbəy rayonu
ərazisindəki eksklavına nəzarət etmədiyini bildirir.
Bayramov rəsmi Bakının əsas gözləntisini də açıqlayıb:
"Biz Ermənistan Konstitusiyasından Azərbaycana qarşı
ərazi iddialarının çıxarılmasını gözləyirik. Sülh sazişi bundan
sonra imzalana bilər".
Ermənistan rəsmiləri əvvəllər konstitusiya dəyişikliklərinin
parlament seçkilərindən sonra mümkün olacağını bildirirdilər. Son
seçkilərdə baş nazir Nikol Paşinyan yenidən qələbə qazansa da,
konstitusiya islahatları üçün parlamentdə yetərli səs çoxluğu əldə
edə bilməyib. Ermənistan müxalifəti isə Bakının tələbi ilə
konstitusiyanın dəyişdirilməsinə qəti etiraz edir.
Ekspertlər indiki mərhələdə sülh sazişinin imzalanmasını hələlik
mümkün saymırlar.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi
Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı
illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətrafdakı
yeddi rayonu işğal edilib.
2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi
əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini
bərpa edib. Elə bundan sonra Qarabağdan erməni əhali köç edib.
Ötən ilin avqustunda Vaşinqtonda prezident Donald Trampın
vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və
Ermənistan arasında sülh sazişi paraflanıb. Paraflanmış mətndə
tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə
qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.