Ankarada keçirilən NATO sammitinə qatılan dövlət başçılarına ev
sahibi olan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər birinə qeyri-adi
hədiyyə təqdim edib.
O, alyansa üzv ölkələrin liderlərinə Türkiyə istehsalı olan
revolverlər və onlara uyğun patronlar hədiyyə edib. Bu da
silahların sadəcə dekorativ məqsəd daşımadığını göstərirdi.
Görünür, Ərdoğan bununla Türkiyənin müdafiə sənayesinin imkanlarını
nümayiş etdirmək istəyib.
Avropanın müxtəlif
ölkələrində silahın saxlanılması və daşınması
ilə bağlı qanunlar fərqli olduğundan, demək olar ki, hər bir baş
nazir və prezident bu hədiyyə ilə bağlı özünəməxsus problemlə
üzləşib.
Reuters agentliyinin məlumatına görə, Belçikanın Baş naziri
Türkiyədən, NATO sammitindən vətəninə qayıdarkən təəccüblə
baqajında tapança və patronlar olduğunu aşkarlayıb.
Litva Prezidenti Gitanas Nausedanın ofisinin yaydığı fotolarda
Türkiyənin silah istehsalçısı MKE tərəfindən 1990-cı illərdə təqdim
edilmiş nadir Gümüşay 357 Magnum tipli altı patronlu revolver
görünür.
Silah üzərində Türkiyə bayrağı və NATO loqosu təsvir edilmiş taxta
nümayiş qutusunda yerləşdirilmişdi. Qutunun üzərində türk və
ingilis dillərində belə bir yazı var idi:
"Gümüşay – ölkəmizdə istehsal olunan ilk revolver tipli
yüngül atıcı silah."
İspaniyanın Baş naziri Pedro Sançesin mətbuat katibi bildirib ki,
bütün liderlərə eyni model revolver hədiyyə olunub və onların hər
birinin üzərinə sahibinin adı həkk edilib.
Belçikanın Baş naziri Bart De Vever öz revolverini təhlükəsiz
şəkildə saxlanılması üçün Brüssel hava limanının polisinə təhvil
verib.
Polşa Prezidenti Karol Navrotskinin köməkçisi RMF FM radiosuna
bildirib ki, prezidentə hədiyyə edilən revolver hazırda Varşava
hava limanında gömrük rəsmiləşdirilməsini gözləyir və daha sonra
xüsusi yerdə saxlanılacaq.
"Əvvəla, onun təhlükəsizliyi təmin olunmalıdır, ikincisi isə,
hədiyyə kimi ona lazımi hörmət göstərilməlidir", –
deyə o bildirib.
"Əlbəttə ki, heç kim ondan atəş
açmayacaq", – deyə o əlavə edib.
Niderland və İsveç baş nazirlərinin ofisləri bildiriblər ki, onlara
təqdim olunan revolverlər Ankaradakı səfirliklərə aparılıb.
Niderland silahı istifadəyə yararsız vəziyyətə gətirməlidir, İsveçə
təqdim edilən hədiyyə isə ölkəyə idxal üçün tələb olunan sənədlərin
hazırlanmasını gözləyir.
Downing Street-dəki mənbənin sözlərinə görə, Böyük Britaniyanın Baş
naziri Kir Starmerə verilən silahla birlikdə silahın təmizlənməsi
üçün dəst və 500 patron da təqdim olunub.
İtaliyanın Baş naziri Ciorcia Meloniyə hədiyyə edilən revolver
artıq hökumətin qərargahı olan Palazzo Chigi sarayında digər dövlət
hədiyyələri ilə birlikdə saxlanılır.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen revolverini
hərbi muzeyə bağışlamağı planlaşdırır. Yunanıstanın rəhbəri isə onu
Afinadakı Hərb Muzeyinə verməyi nəzərdə tutur.
Türkiyənin müasir yüngül atıcı silah sənayesi əsasən yarımavtomatik
silahların istehsalına yönəldiyi üçün Gümüşay revolveri bu gün
kolleksiyaçılar üçün nadir nümunə hesab olunur.
Türkiyəli silah istehsalçıları Avropanın mülki odlu silah bazarına
münasib qiymətli tapança və tüfənglərlə daxil olaraq, uzun illər
bahalı idman və döyüş silahları ilə tanınan köklü İtaliya və
Belçika şirkətlərinə ciddi rəqabət yaradıblar.
Cenevrədə yerləşən Small Arms Survey tədqiqat mərkəzinin
araşdırmasına əsasən, 2019–2024-cü illər ərzində Türkiyə kiçik
atıcı silahların ixracına görə dünyada ABŞ və İtaliyadan sonra
üçüncü ən böyük ixracatçı olub.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.