Londonun Qetvik hava limanında şübhəli dron aşkarlandığına görə bütün uçuşlar dayandırılıb
Londonun Qetvik hava limanında bütün uçuşlar dayandırılıb. Britaniya mətbuatının yazdığına görə, buna səbəb hava limanı üzərində 2 ədəd dronun aşkarlanması olub. Hadisə yerində polis əməkdaşları çağırılıb və şübhəli dronlar araşdırılır. Hava limanında bütün uçuşlar isə təxirə salınıb, Qetvik hava limanına eniş etməli olan təyyarələr isə başqa hava limanlarına yönləndirilib.

Uçuşların ləğv olunmasına və təxirə salınmasına görə minlərlə sərnişin zərər çəkib. Hava limanının rəhbərliyi Qetvik hava limanından uçuş etməli olan sərnişinləri öz reyslərinin statusunu yoxlamağa çağırıb.


Print Email
FaceBook Twitter Google