“Rus hərbçilər qadınlarımıza təcavüz edir…” – Erməni jurnalistdən şok təklif
Ermənistanda nəşr olunan “Asparez”
qəzetinin rəhbəri Levon Barseqyan Rusiyanın Gümrüdəki “102-ci”
hərbi bazası ilə bağlı təklif verib.
"Marneuli" Radiosu xəbər verir ki, Barseqyan bazanın Gümrü
sakinləri tərəfindən nəzarət altında saxlanılmalı olduğunu
bildirib.
Rus bazasını “təhlükə yuvası” adlandıran jurnalist qeyd edib ki,
son illərdə nəzarət edilmədiyinə görə, bazanın hərbçiləri Gümrüdə
özbaşınalıqlar edirlər.
Barseqyan rus həbçilərinin gizlədilən cinayətləri içində qətllərlə
yanaşı, qəsb və qadınlara cinsi təcavüz olaylarını da
sadalayıb:
“Bu kimi halların qarşısını almaq üçün Gümrüdəki rus bazası yerli
sakinlər tərəfindən ov tüfəngləri və digər silahlarla nəzarət
edilməlidir. Bazanın qarşısına 24 saat xidmət edən post qurmaq
lazımdır”.
Qeyd edək ki, bazanın rus hərbçisinin Gümrüdə bir süpürgəçi qadını
öldürməsi bölgədə etirazlara səbəb olub. Ermənilər Nikol Paşinyan
hökumətindən bazanın ölkədən çıxarılmasını tələb edirlər.
Rəsmi Moskva isə bəyanat yayaraq, İrəvandan məsələni
siyasiləşdirməməyi tələb edib.