Türkiyədə bir əsrdən artıq yaşı olan məscid yanıb
Türkiyənin Giresun bölgəsinin Boztekke
kəndində 1911-ci ildə tikilmiş tarixi məsciddə yanğın
olub.
"Marneuli" radiosunun Türkiyə mətbuatına istinadən verdiyi məlumata
görə, məsciddə son vaxtlar restavrasiya işləri aparılırmış. Yanğın
gecə saatlarında başlayıb, yerli sakinlər onu söndürməyə çalışsalar
da, alov bütün məscidi bürüyüb və bina tamamilə məhv
olub.