Bakı: Dağlıq Qarabağa özünüidarənin yüksək səviyyəsini təklif etməyə hazırıq
“Bakı Dağlıq Qarabağa Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində yüksək səviyyədə özünüidarəetmə hüququ verməyə hazırdır”, – bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuat vasitələrinə bildirib.
Bununla bərabər Azərbaycanlı nazir Dağlıq Qarabağ münaqişəsi barədə söhbəti zamanı uzun illərdir aparılan danışıqların nəticə vermədiyini bildirib.

“Ermənistanda baş verən son hadisələr, eləcə də Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Baş naziri arasında MDB-nin Düşənbə və Sankt-Peterburq zirvə görüşləri çərçivəsində baş tutan söhbətlər və mənimlə ermənistanlı həmkarım arasında keçirilmiş üç görüş danışıqlar prosesinin irəli aparılması baxımından müəyyən optimizm vəd edir.”

Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə tərəflər atəşkəs rejimi ilə bağlı razılaşma əldə ediblər, lakin bu günədək beynəlxalq təşkilatların himayəsi altında iki ölkə arasında aparılan danışıqlar uğursuzluqla nəticələnib. Hər iki tərəf də atəşkəs rejiminin pozulması ilə bağlı daim bir-birini ittiham edir.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google