2019-cü il dünya boyunca necə qarşılanıb? FOTO
Yeni ilin gəlişi dünya boyunca müxtəlif şəhərlərdə qeyd olunub, əsrarəngiz atəşfəşanlıq və işıq tamaşalarını izləyən milyonlarla insan şənliklərə qatılıb .


Atəşfəşanlıq Dubayda yerləşən dünyanın ən yüksək binası - Burj Khalifa-nı işıqlandırır


Londonun məşhur London Eye çarxı üzərində 10 dəqiqə ərzində atəşfəşanlıq sərgilənib


Parisin mərkəzindəki Yelisey çöllərindəki şənliklər vaxtı "Sarı gödəkçəlilər"in etiraz aksiyası da baş verib



Berlinin Branderburq qapıları üzərində gecə səması şənlik işıqlarına bürünür



Moskvanın mərkəzi meydanında Yeni il gecəsi gənc cütlük arasında sevgi anları




Keniyanın paytaxtı Nayrobidəki konsert vaxtı atəşfəşanlıq gecə səmasını işıqlandırır


Hindistanın Əhmədabad şəhərində Yeni il axşamı vizajist saç düzümünə belə bəzək əlavə edir.



Yeni il axşamı tamaşalar və atəşfəşanlıq nümayişinə hazırlaşan minlərlə sakin Şimali Koreya paytaxtı Pxenyanın mərkəzinə toplaşmaqdadır



Filippinin Keson şəhərində şənliklərə qatılan şəxslərdən birinin üzündə "2019" şəklində eynəklər görmək olar

2019-cu il Honq Konqun üfüqlərini işığa boyadı

Mənbə: www.bbc.com/azeri
Print Email
FaceBook Twitter Google