Azərbaycanlı milyarder bir ildə 3,45 milyard dollar qazanıb
Rusiyalı milyarderlər 2018-ci ildə 6 milyard
dollar itirib.
"Marneuli" Radiosu Turkustan.info-a istinadən xəbər verir ki, bu
barədə “Bloomberg Billionaires Index (BBI)” reytinqi göstərib.
Rusiyanın 500 milyarderi arasına 25 rusiyalı da düşüb. Onlardan
ancaq 10 nəfəri ötən il sərvətini artıra bilib.
Rusiyalı milyarderlər arasında ilk yeri Vladimir Potanin tutur-
19,6 milyard dollar. Onun sərvəti bir ildə 687 milyard dollar
artıb.
Leonid Mixelsonun sərvəti 19,4 milyard dollara çatb.
Vladimir Lisinin hesabında isə 17,9 milyard dollar var. Ancaq o,
ötən ili zərərlə başa vurub: – 146 milyon dollar.
Siyahıda sonrakı yerləri Aleksey Mordaşev (17,4 milyard dollar)
tutur. Ancaq o da ili zərərlə başa vuranlardandır.
“Lukoyl”un sahibi Vahid Ələkbərov isə milyardına milyard qatıb.
Onun sərvəti 16 milyard dollara çatıb ki, 2018-ci ildə 3, 45
milyard dollar qazanıb.