ABŞ-ın dövlət borcu 21,9 trilyon dollara çatıb
ABŞ-ın dövlət borcu prezident Donald Trampın hakimiyyətə gəldiyi ildən bu günə kimi iki trilyon dollar artaraq 21,9 trilyon dollara çatıb.
"Marneuli" Radiosu Oxu.Az-a istinadən xəbər verir ki, bu haqda CNN ABŞ Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Maliyyə Nazirliyinin məlumatına əsasən, ABŞ-ın dövlət borcu Trampın prezidentlik dövrünün ilk vaxtlarında azalmağa başlasa da, 2017-ci ilin sonunda aparılan vergi islahatlarına görə yenidən artmağa başlayıb.

ABŞ Konqresinin büdcə üzrə idarəsi 2018-ci ilin sonuna dövlət borcunun ÜDM-nin 78 faizini təşkil etdiyini dilə gətirib. Bu, 1950-ci ildən bəri ən yüksək göstərici sayılır.

Qeyd edək ki, dövlət borcunun azaldılması Trampın seçkiqabağı platformasının əsas müddəalarından idi.
Print Email
FaceBook Twitter Google