Qazaxlar ermənilərdən qisas almaq üçün “Bakı” kafesinə hücum etdilər - VİDEO
Qazaxıstanın Karaqanda bölgəsinin Semey şəhərində bir qrup şəxs Yeni il şənliyi zamanı qətlə yetirilən gəncin qatilləri ilə hesab çəkmək üçün “Bakı” kafesinə hücum ediblər.
"Marneuli" Radiosu Oxu.Az-a istinadən xəbər verir ki, hadisənin maraqlı edən odur ki, gənc qazaxıstanlı ermənilərlə dava zamanı qətlə yetirilib, lakin yerli sakinlər “Bakı” kafesinin adından da bəlli olduğu kimi azərbaycanlılara məxsus olduğunun fərqinə varmayıblar (bəlkə də bilməyiblər).

Qəzəblənmiş insanları restoranın üzərində asılmış və Ermənistan bayrağına bənzəməyən Azərbaycan bayrağı belə dayandıra bilməyib.

İnsidentin videosu sosial şəbəkələrdə yerləşdirilib.

Print