"Qırmızı Körpü" gömrük postundan qanunsuz mobil telefon və siqaretlərin keçirilməsinin qarşısı alınıb
Gürcüstandan Azərbaycana gedən Azərbaycan
vətəndaşının idarə etdiyi avtomobilindən mobil telefonlar və
siqaretlər aşkar olunub.
Hadisə "Qırmızı Körpü" gömrük postunda baş
verib.
Bu haqda məlumatı Azərbaycan Dövlət Gömrük Komitəsinin Mətbuat və
İctimaiyyətlə Əlaqələr İdarəsi yayır.
Yayılan məlumatda bildirilir ki, "Gürcüstandan gedən
Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21063" markalı avtomobil
saxlanılıb və gömrük baxışı keçirilib. Baxışdan öncə, vətəndaş
üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən
gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama
zamanı, nəqliyyat vasitəsinin salonunun tavanından 11 ədəd "Samsung
Galaxy J2" markalı mobil telefonlar və 1400 ədəd "Gold Marlboro
Edge " markalı siqaretlər aşkarlanıb".
Faktla bağlı araşdırma aparılır.