Rəcəb Tayyib Ərdoğan – Suriyada “İslam Döləti” məğlub olub
Türkiyə hesab edir ki, terror qrupu “İslam Dövləti” hərbi baxımdan Suriyada məğlub edilib. Bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan The New York Times - qəzatində yayımlanmış məqaləsində yazır.

Türkiyə lideri bildirib ki, Ankara Suriyada vəziyyətin normallaşdırılması planını təqdim etməyə hazırdır.

Rəcəb Tayyib Ərdoğan eləcə də qeyd edib ki, ABŞ-ın prezidenti Donlad Trampın Suriyadan ordunu çıxarmaq qərarı düzgündür.

“Bu təfərrüatlı şəkildə planlaşdırılmalıdır və müvafiq tərəfdaşlarla əməkdaşlıqla həyata keçirilməlidir ki, ABŞ-ın dostluq və suriyalı xalqın maraqları qorunsun. Türkiyə bu məqsədi yerinə yetirəcək gücünə malik olan və uyğun əhval-ruhiyyə daşıyan ölkələrdən biridir” - deyib Türkiyə Prezidenti.

Onun sözlərinə görə, Ankara “İslam Dövlətinin” və Suriyadakı başqa teror təşkilatlarını məğlub etmək üçün hazırdır.

Print Email
FaceBook Twitter Google