Pekində məktəblərin birinə hücum olub, ən azı 20 şagird yaralanıb
8 yanvar tarixində Çinin paytaxtı Pekində ibtidai məktəbə hücum olub. Bu barədə “Associated Press” yerli hökumətə istinadən xəbər yayır. Yayılan xəbərdə bildirilir ki, hücum zamanı ən azı 20 nəfər şagird yaralanıb.

Onlar arasında 3 uşaq ciddi xəsarətlər alıb, lakin həyatları üçün təhlükə yoxdur. Yaralananlar dərhal təcili tibbi yardım maşınları ilə xəstəxanlara çatdırılıblar. “Reuters”in yaydığı xəbərə görə, hücum edən şəxsin əlində soyuq silah olub.

Məktəb Pekinin Rayonlarından birində, Siçendə yerləşir. Təhsil ocağında 2500 dən çox şagird təhsil alır və 200-dək müəllim çalışır. Bu hücumdan sonra Çinin bir çox məktəblərində təhlükəsizlik tədbirləri gücləndirilib.

Mənbə: On
Print Email
FaceBook Twitter Google