Şübhəli drona görə Londonun “Hitrou” hava limanı reysləri dayandırıb
Londonun “Hitrou” hava limanı uçuşları dayandırıb.
Britaniya mətbuatının yaydığı məlumata görə, hava limanının rəhbərliyi Londonun ən böyük hava limanı üzərində şübhəli dronun uçuşu aşkarlandıqdan sonra belə qərar qəbul edib.

“Nəzərinizə çatdırırıq ki, dron “Hitrou” hava limanını izləyirdi. Təhlükəsizlik tədbirlərindən irəli gələrək, polislə bərabər araşdıranadək səyahətləri dayandırdıq”, – “Hitrou” hava limanının mətbuat katibi bəyan edib.

Qeyd edək ki, bu Londonda drona görə hava limanı tərəfindən uçuşların dayandırıldığı ilk hal deyil. Keçən ay “Qetvik” hava limanında da oxşar hal qeydə alınmışdı.

Print Email
FaceBook Twitter Google