14 ildir komada olan qadın bir neçə gün əvvəl doğum edib
San
Karlos Apaçi qəbiləsinin üzvü olan qadın 10 ildən artıqdır ki
komadadır və o, bir neçə gün əvvəl Arizona Tibb Müəssisəsində doğum
edib.
CNN-in məlumatına görə, bununla bağlı
qəbilənin rəhbəri bildirib.
“Nə vaxt ki sevdiyiniz insanın palliativ qayğıya ehtiyacı var, nə
vaxt ki o tamamilə başqalarından asılıdır, onun baxıcılarına sadəcə
güvənə bilirsən” – deyə Teri Rambler bildirdi.
Feniksdə olan Hasienda Palliativ Mərkəzindən bildirilib ki, polis
əməkdaşları orada işləyən kişilərin DNT-sini yoxlayır.
Hüquq mühafizə orqanları tərəfindən ətraflı məlumat hələ ki
verilməyib.
Xatırladaq ki, qadın 14 ildir ki komadadır, o, tibbi müəssisəyə 10
il əvvəl yerləşdirilib və 29 dekabr tarixində doğum edib. Cinsi
zorakılıq qurbanı olan qadının şəxsiyyəti haqda məlumat
verilmir.
“Ailə narahatdır, onlar üçün bu ağır bir zərbədir,
qızlarına tibbi müəssisədə təcavüz ediblər” - deyə
ailənin vəkili bildirib.
Vəkilin bildirdiyinə görə, ailə uşağa baxacaq və uşaq sevgi dolu
bir ailədə böyüyəcək.
Tibbi müəssisənin rəhbərləri hadisəni çox kədərli bir hadisə kimi
dəyərləndirirlər və hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq
edirlər. Qeyd edək ki, müəssisənin icraçı direktoru Bill Timmons
istefa edib.
Mənbə:
ambebi.ge