“Donuz qripi” Rusiyaya çatdı: ilk qurban var
"Donuz qripi" ilk dəfə dünya əhalisini 2009-cu
ildə qorxudub. O zaman Meksikada və daha sonra Şimali Amerikada
pandemiya – bütün ölkəni bürüyən epidemiya elan olunub. Xəstəlik
Rusiya vətəndaşlarından da yan keçməyib. O zamanlar, rəsmi
məlumatlara görə, 19 nəfər virusdan dünyasını dəyişib. Sonradan
“donuz qripi” geriyə çəkilib, lakin qeybə çəkilməyib.
"Marneuli" radiosu Oxu.Az-a istinadən xəbər verir ki, Peterburqda
bu mövsüm А/H1N1 virusundan ilk ölüm halı qeydə alınıb.
"Bəli, bizim belə bir məlumatımız var. Xəstə Botkin
yoluxucu xəstəliklər xəstəxanasında dünyasını dəyişib" -
deyə Sankt-Peterburq şəhərinin Səhiyyə Nazirliyinin mətbuat xidməti
məlumat verib.
Bəzi məlumatlara görə, kişinin vəfat etməsini səbəbi şəkər
xəstəliyinin ağırlaşması olub, belə ki, bu zaman qrip daha ağır
keçir.
Buna baxmayaraq, Peterburqda epidemiya elan etməyə ehtiyac
duyulmur.
2019-cu ilin yanvar ayına olan məlumata görə, müayinə olunan 60
xəstədən 24-də А/H1N1 virusunun olduğu təsdiq olunub, beş nəfərdə
isə А/H1N3 virusu aşkar edilib.