Rusiyada baş verәn partlayış nәticәsindә hәlak olanların sayı dörd nәfәrә çatıb
Rusiyanın Rostov vilayәtindә qaz sızması sәbәbindәn baş verәn partlayış nәticәsindә hәlak olanların sayı 4 nәfәrә çatıb.
Bu barәdә Rusiya Fövqәladә Hallar Nazirliyindәn verilәn mәlumatda bildirilib.

Mәlumata görә, Rostov vilayәtinin Şahtı şәhәrindәki 9 mәrtәbәli yaşayış binasında qaz sızması sәbәbindәn baş verәn partlayış nәticәsindә hәlak olanların sayı 4-ә çatıb. Nazırlikdәn bildirilib ki, axtarış-xilasetmә әmәliyyatları nәticәsindә daha üç nәfәrin cәsәdi tapılıb.

Qeyd edәk ki, daha әvvәl partlayış nәticәsindә bir nәfәrin hәlak olduğu bildirilmişdi.

Xatırladaq ki, 2018-ci ilin 31 dekabr tarixindә Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması sәbәbindәn baş verən partlayış nәticәsindә 39 nәfәr hәlak olmuşdu.

Print Email
FaceBook Twitter Google