Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Davosda qeyri-rəsmi görüşü olub
23:18 / 22.01.2019
Yanvarın 22-də Davos Dünya İqtisadi Forumu
çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın
qeyri-rəsmi görüşü olub.
"Marneuli" Radiosu AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına
dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə
edilib.