Nikolas Maduro – Donald Tramp məni öldürmək əmri verib. Əgər mənə nə isə olsa, cavabdeh o olacaq
Venesuelanın de-fakto Prezidenti Nikolas Maduro hesab edir ki, Donald Tramp Kolumbiya hökumətinə Maduronu öldürmək əmrini vermişdir.

Onun sözlərinə görə, əgər ona nə isə olsa, cavabdeh ABŞ və Kolumbiya olacaqdır.

“İlk növbədə mənim taleyim tanrının əlindədir. Mən xristianam. Tanrının məni qoruyacağına inanıram. Məni Venesuela xalqı qoruyur və bizim güclü kəşfiyyatımız var”, – deyə Maduro açıqlamasında deyib.

Venesuelanın de-fakto prezidentinin açıqlamasına görə, ABŞ-prezidenti Donald Tramp Maduronun ölüm əmrini verib.

“Tramp Kolumbiya hökumətinə, Kolumbiya mafiyasına məni öldürmək əmri verib. Əgər mənə nə isə olsa, Donald Tramp və Kolumbiya prezidenti İvan Duke cavabdeh olacaqdır”, – deyə Maduro bildirib.

Maduro həmçinin, onun güclü müdafiə sisteminin olduğunu və ən əsası da onu tanrının qoruduğunu qeyd edib.

Print Email
FaceBook Twitter Google