Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrinin - REYTİNQİNDƏ
12:58 / 30.01.2019
“Global Finance” jurnalı 2019-cu il üçün
dünyanın ən təhlükəsiz ölkələrinin reytinqini
hazırlayıb.
"Marneuli" Radiosu Oxu.Az-a istinadən xəbər verir ki, reytinq hazırlanan
zaman mütəxəssislər 128 ölkənin təhlükəsizlik indeksini
qiymətləndirib.
Bunun üçün hərbi münaqişə ehtimalları, cinayətkarlıq səviyyəsi,
vətəndaşın şəxsi təhlükəsizliyi, iqtisadi inkişaf səviyyəsi, təbii
fəlakət ehtimalları və digər meyarlar nəzərə alınıb.
İlk onluğa, əsasən, yüksək iqtisadi göstəriciləri və yaxşı səhiyyə
sistemi olan Avropa ölkələri düşüb.
Birinci yerdə İslandiya (indeks göstəricisi – 6.16), ikinci İsveçrə
(7.01), üçüncü yerdə isə Finlandiya (7.04) qərarlaşıb. Onluqda
müvafiq ardıcıllıqla Portuqaliya (7.07), Avstriya (7.08), Norveç
(7.27), Qətər (7.28), Sinqapur (7.34), Danimarka (7.41) və Yeni
Zelandiya (7.42) yer alır.
Azərbaycan da ən təhlükəsiz ölkələrin siyahısına daxil edilib.
Ölkəmiz 10.56 indeks göstəricisi ilə 71-ci pillədə qərarlaşıb.
Siyahını ən aşağı göstəricilərlə Qvatemala (15.81), Yəmən (15.93)
və Filippin (17.70) tamamlayır.