Bin Ladenin övladı haqqında məlumata mükafat olaraq ABŞ 1 milyon dollar təyin edib
“Əl-Qaidə”nin keçmiş lideri Osama Bin Ladenin övladı Hamza Bin Laden haqqında məlumat üçün ABŞ-ın dövlət departamenti mükafat olaraq 1 milyon ABŞ dolları təyin edib.

Departamentə əsasən Hamza Bin Laden atasının ölümündən sonra “Əl-Qaidə”nin lideri olaraq formalaşıb. Onun yeri məlum deyil.

ABŞ Hamza Bin Ladeni 2017-ci ilin yanvarında “qlobal terroristlərin xüsusi siyahısına” daxil edib.
Azadlıq radiosuna əsasən 2016-cı ilin iyulunda audio qeyddə Hamza Bin Laden atasının qətli üçün ABŞ-dan qisas alacağını bildirib.

Bin Laden ABŞ-ın hərbi qüvvələri tərəfindən 2011-ci ilin 2 mayında Pakistanda öldürülüb.

“Əl-Qaidə” başqa hücumlarla yanaşı ABŞ-da 2001-ci ilin 11 sentyabr hücumuna da cavabdehlik daşıyır. Həmin hadisə zamanı 3000 adam həlak olub. O, BMT-nn Təhlükəsizlik Şurası, NATO, Avropa İttifaqı, Rusiya və.s. tərəfindən “Əl-Qaidə” terror təşkilatı olaraq elan edilib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google