Suriyada partlayış, ölәn var
Suriyanın simal-qǝbindǝ yerlǝşǝn İdlib
şǝhǝrindǝki bir restoranda törǝdilǝn partlayış nǝticǝsindǝ azı
yeddi nǝfǝr hǝlak olub.
Bu barǝdǝ ‘‘Ağ dǝbilqǝlilǝr’’ tǝşkilatının müdiri Mustafa Hac Yusif
mǝlumat verib. O, hücumun axşam radǝlǝrindǝ terrorçu-kamikadze
tǝrǝfindǝn törǝdildiyini qeyd edib.
Mustafa Hac Yusif bildirib ki, hucum zamanı azı yeddi nǝfǝr ölüb,
onlarla adam da xǝsarǝt alıb.
Qeyd edǝk ki, xǝsarǝt alanlar dǝrhal xǝstǝxanaya çatdırılıb.
Bölgǝdǝ axtarış-xilasetmǝ ǝmǝliyyatlarının davam etdirildiyi
bildirilir.
Hücuma görǝ mǝsuliyyǝti öz üzǝrinǝ götürǝn olmayıb.