Yeni qanuna görə Rusiyada hakimiyyəti təhqir etmək cəzalandırılacaq
Rusiya dövlət duması qanun qəbul edib. Qanuna əsasən hakimiyyət və ya dövlət məmurlarını, həmçinin, prezident Vladimer Putini təhqir etmək cəzalandırılacaq.

Qanun layihəsinə əsasən internetdə dövlətin, onun simvollarının, hakimiyyət və konstitusiyanın təhqir olunması ilk dəfə 100 min rubl, təkrar olunduğu halda isə məbləğ iki qat artacaq vı ya 15 günlük həbs cəzası ilə cəzalandırılacaq.

Cəmiyyətin bir hissəsinin qiymətləndirməsinə görə, qanunvericilikdə dəyişikliklər sovet şurasının bərpasıdır. O zaman da rejim qanunvericilikdən disidentlərə qarşı mübarizədə istifadə edirdi. Aleksandr Verxovski antiekstreist qanunveriiliyini araşdırır və o, The Guardian-a bildirib ki, qanunun qüvvəyə minməsindən sonra şərhlərə görə, məsələn: “Putin əclafdır”, və ya parlamentdəki zarafata görə internetdə adamların hüquqi təqibinə başlanılacaq.

“Tezliklə xalq hakimiyyətlə bağlı zarafatı da mətbəxdə o da pıçıltı ilə deməyə də cəhd etməyəcək” – rus hüquqşünas Sergey Şxvakin yazır. Qanun layihəsinin müəllifi Rusiyanın idarəçi partiyası Единая Россия-nın üzvü Andrey Klişasdır. Duma tərəfindən qəbul olunan qanunun qüvvəyə minməsi üçün prezident Putinin imzası çatışmır.

Belə ki, Rusiya parlamenti həmçinin, qanun təsdiqləyib və ona əsasən hakimiyyətin internetdə “təhqriedici” və saxta xəbərlər yayımlayan veb-səhifələri blok etmək hüququ olacaq. Bu qanunverici dəyişikliklərin müəllifi deputat Klişindir. O, əmin edir ki, Rusiya hakimiyyəti bu qanundan müstəqil və ya qurulmuş veb-səhifələrə qarşı istfadə etməyəcək. O, ənənəvi mediaya da təsir göstərməyəcək.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google