Türkiyә hava mәkanını “Boeing 737 MAX 8” vә “Boeing 737 MAX 9” tәyyarәlәri üçün bağlayıb
“Boeing 737 MAX” sərnişin təyyarəsinin Efiopiyada qəzaya uğramasından sonra bir çox ölkә laynerlə planlaşdırılan səfərləri təxirə salıb.

Türkiyәnin Nәqliyyat vә İnfrastruktur Nazirliyi təyyarənin təhlükəsizlik məsələləri dəqiqləşənədək “Boeing 737 MAX 8” vә “Boeing 737 MAX 9” tәyyarәlәrinin ticari səfərlərini dayandırmaq qərarı alıb.

Bu barәdә Türkiyәnin Nәqliyyat vә İnfrastruktur Nazirliyindәn verilәn mәlumatda vurğulanıb.

Qeyd edәk ki, mәsәlә ilә bağlı Türk Hava Yolları da bәyanat verib.

Bәyanatda qeyd olunub ki, tamamilə təhlükəsiz olduqları təsdiqlənənə kimi həmin təyyarələr ilə uçuşlar həyata keçirilməyəcək.

Hava yollarının mətbuat xidmәtindәn verilәn mәlumatda isә THY-nin aviaparkında 12 ədəd “Boeing 737 MAX” tipli tәyyarәnin olduğu vurğulanıb.

Türk Hava Yolları (THY) təyyarənin təhlükəsizlik məsələləri dəqiqləşənədək martın 13-dən ticari səfərləri dayandırmaq qərarına gәlib.

Efiopiyada baş verən qəzadan sonra Çin, Argentina, Avstraliya və Sinqapur kimi ölkələrin aviakompaniyaları da “Boeing 737 MAX 8” təyyarələrinin uçuşlarını dayandırıb.

Qeyd edək ki, Efiopiyada baş verən qəza nəticəsində 157 sərnişin həlak olmuşdu.

Mənbə: trt.net.tr
Print Email
FaceBook Twitter Google