Avstraliyada yeni dinozavr növü tapıldı
Cənub-Şərqi Avstraliyada yeni bir dinozavr
növü tapılıb.
"Live Science"-in məlumatına görə, elm adamları Viktoriya
ştatındakı 125 milyon illik qayalıq sahədə apardıqları
qazıntılarında yeni dinozavr növünə aid olan beş üst çənə qalığı
aşkar ediblər.
Qalıqları tapılan dinozavrların 125 milyon il əvvəl yaşadıqları və
"valabi" adlanan kiçik bir kenquru növü böyüklüyündə olduqları
müəyyən olunub.
Yeni növə çənəsi İspan gəmisi-qalleonun tərs çevrilmiş halına
bənzədiyindən "Galleonosaurus dorisae" adının verildiyi
bildirilir.
"Galleonosaurus dorisae"nin otyeyən olduğu qeyd edilir.
Kəşfin detalları "Journal of Paleontology" də dərc edilmişdir.
Mənbə: trt.net.tr